• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1418
— 29.03.2024 11:47

Saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əcnəbi vətəndaşa narkokuryerlik edən Sabirabad sakini Amid Xələfov saxlanılıb. Ondan çəkisi 4 kiloqramdan artıq olan heroin və marixuana aşkar edilib. Araşdırmalarla Xələfovun sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə maddi gəlir müqabilində narkokuryerliyə cəlb edildiyi müəyyən olunub. Faktla bağlıcinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.