• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1172
— 29.03.2024 09:48

Yaşayış binasında baş verən yanğın söndürülüb, xəsarət alan var

KepezTV Player

Gəncədə Heydər Əliyev prospekti bina 3 ünvanında yerləşən, 3 mərtəbəli binanın dam örtüyündə yanğın baş verib. Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri əraziyə cəlb edilib. Dam örtüyünün 300 kvadratmetr sahəsi yanıb, 50 nəfər bina sakini təxliyə olunub. Alov söndürülüb. Hadisə zamanı həyəcanlanan və özlərini pis hiss edən bir neçə sakinə tibbi yardım göstərilib. Hadisə zamanı 1971-ci il təvəllüdlü A.Tanrıverdiyev isə əlindən yüngül xəsarət alıb. Olayın başvermə səbəbi araşdırılır.