• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1053
— 28.03.2024 19:27

Döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb

Bakının Xətai rayonu ərazisində hərbi sursat aşkar edilib. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra baxış zamanı sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib. Sursatlar mütəxəssislər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.