• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1837
— 28.03.2024 17:32

Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mustafayev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.