• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1185
— 28.03.2024 17:27

18 yaşlı gənc bıçaqlanıb

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Zurnabad kəndində qeydə alınıb. 2006-cı il təvəllüdlü Nihat Mirzəyev bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yaralı dərhal əməliyyat edilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Nihat Musayev tutularaq istintaqa təhvil verilib.