• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2048
— 28.03.2024 17:06

Fransaya qarşı etiraz aksiyasında Azərbaycan bayrağı qaldırılıb

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz aksiyası keçirilib. İştirakçılar kolonializmin siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər. Aksiyaçılar tərəfindən Azərbaycan da daxil olmaqla 3 bayraq - BMT və Yeni Kaledoniya bayraqları da qaldırılıb. Azərbaycana hər zaman onların yanında və neokolonializmlə mübarizəyə dəstək olduğuna görə minnətdarlığını ifadə etmək üçün aksiya iştirakçıları Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar.