• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1264
— 27.03.2024 15:09

Xocalı soyqırımı zamanı itkin düşən Akif Mahmudov torpağa tapşırılıb

KepezTV Player

Xocalı soyqırımında itkin düşən Mahmudov Akif Seydulla oğlunun qalıqları torpağa tapşırılıb. Abşeron rayonu Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda Xocalıda aşkarlanmış məzarlıqdan qalıqları tapılmış Akif Mahmudovun dəfn mərasimi keçirilib. Dəfn mərasimində Xocalı Rayon İcra hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi, mərhumun yaxınları, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə mərhumun ruhuna dualar oxunub.

Şahmar Usubov- Xocalı rayon icra hakimiyyətinin başçısı: "Xocalıda kütləvi məzarlıqda tapılanlardan doqquz nəfərin DNT-si məlumdur. Onlardan yeddisi bu yaxınlarda Xocalıda dəfn olunacaq. Artıq orada Şəhidlər xiyabanı salınır".