• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 741
— 27.03.2024 13:28

Azərbaycanın iki boksçusu finalda, ikisi bürünc medal qazanıb

KepezTV Player

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir. 11 ölkənin 121 idmançısının qatıldığı yarışın üçüncü günündə Azərbaycan millisinin üzvlərindən olan, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi Murad Allahverdiyev finala yüksəlib. 92 kiloqramda Alfonso Dominges də yarımfinal döyüşündən qələbə ilə ayrılıb. İlqar Salahov, Kamran Şahsuvarlı, Mirşərif Kazımzadə yarımfinala adlayıblar. Sərxan Budaqovla Məhəmməd Abdullayev isə turniri bürünc medalla bitiriblər. Yarışın dördüncü gününün döyüşləri bu gün saat 14-də başlayacaq. Final görüşləri isə martın 28-də olacaq.