• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1765
— 27.03.2024 11:55

14-ü azyaşlı olmaqla 32 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günlərində ümumilikdə 154 yanğına çıxış, 28 köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, 14-ü azyaşlı olmaqla 32 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.