• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2320
— 26.03.2024 16:03

Yük maşınları toqquşub, xəsarət alan var

KepezTV Player

Goranboy rayonu, Goranlı kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib. Məlumatla əlaqədar hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, iki “HYUNDAI” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücülərdən biri deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.