• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2286
— 26.03.2024 15:48

İşğaldan azad olunan ərazilərdə ötən həftə 33 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Azad olunan ərazilərdə 30 piyada əleyhinə mina, 3 tank əleyhinə mina, 121 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 462.1 hektar ərazi minalardan təmizlənib. Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.