• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1942
— 26.03.2024 15:47

Xankəndidə növbəti dəfə xeyli silah-sursat tapılıb

Xankəndidə növbəti dəfə xeyli silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən gün şəhər ərazisindən ümumilikdə 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.