• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 21.03.2024 13:34

Fermalardan birini qəsdən yandıran şəxslər saxlanılıblar

Goranboy Rayon Polis Şöbəsinə fermalardan birində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində 230 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub. Araşdırmalarla olayın qəsdən törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanğın hadisəsinin Gəncə şəhər sakini Bəhruz Məmmədpurun sifarişi əsasında həmyerliləri Cavid Allahverdiyev və Erik Vəliyev tərəfindən qəsdən törədildiyi məlum olub. Hər 3 şəxs saxlanılaraq istintaqa təhvil verilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.