• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1777
— 20.03.2024 15:28

Azərbaycan hərbçiləri hərbi paradda iştirak edəcəklər

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti Pakistanda keçiriləcək hərbi paradda iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Səfər çərçivəsində Orkestr heyəti İslamabadın rəmzi sayılan Pakistan Abidəsi önündə konsert proqramı ilə çıxış ediblər. Pakistan Günü münasibətilə keçiriləcək paradda ölkəmizlə yanaşı, müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcək.