• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 19.03.2024 19:39

UNESCO İcraiyyə Şurasının sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib

UNESCO İcraiyyə Şurasının sessiyasında ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Azərbaycanın milli bəyanatını təqdim edib. Ermənistan tərəfindən ölkəmizə qarşı 30 ildən artıq davam edən təcavüz və işğal müddətində Azərbaycanın mədəni irsinin tamamilə dağıdıldığı, arxeoloji abidələrin, muzeylərin və kitabxanaların talanaraq tamamilə dağıdıldığı, bu vandallıq aktlarının 1954-cü il Haaqa Konvensiyası və onun İki Protokoluna, eləcə də 1970-ci il Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu və onların kobud şəkildə pozulduğu qeyd edilib. İrəvanın Təpəbaşı məhəlləsinin də eyni aqibətlə üzləşdiyi vurğulanıb, Ermənistan hökuməti tərəfindən həmin ərazinin tamamilə məhv edildiyi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.