• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 688
— 19.03.2024 10:39

Xankəndidə silah və sursatlar aşkarlanıb

Xankəndidə silah-sursat aşkarlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindən 4 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 3 qumbara, 3 qumbara alışdırıcısı, 1 tüfəng, 33 patron darağı, 805 ədəd müxtəlif çaplı patron, 6 ədəd süngü-bıçaq və digər sursatlar götürülüb.