• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1091
— 19.03.2024 09:12

Vətəndaşlar qanunsuz saxlanılan silahlarını polisə könüllü təhvil veriblər

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Keçirilən profilaktiki tədbirlər nəticəsində 39 nəfər şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibilir ov silahlarını polisə könüllü təhvil verib. Bundan başqa, 6 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri əməliyyat yolu ilə aşkar olunub. Ümumiyyətlə ilin əvvəlindən Gəncədə 80-ə yaxın ov tüfəngi polisə könüllü təhvil verilib.