• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 18.03.2024 20:15

Novruz bayramı ilə bağlı ümumrayon şənliyi

KepezTV Player

Samuxda yeni salınmış istirahət parkında Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib. İcra hakimiyyətinin başçısı Firdovsi Əliyev rayon ictimaiyyətini qədimdən bu günədək sevə-sevə qeyd etdiyi Novruz bayramı münasibəti ilə təbrik edib. Baharın gəlişinin ruzi-bərəkətlə müşayiət olunmasını arzulayıb. Bayram atributları ilə bəzədilən parkda müxtəlif kollektivlərin sərgiləri təqdim olunub. Xalq sənətkarlığı nümunələri nümayiş etdirilib. İdmançıların nümunəvi çıxışları, Novruzun personajları olan “Keçəl”lə “Kosa”nın məzəli əhvalatları, “Bahar qız”ın könülləri oxşayan təbriki sakinlərə xoş ovqat bəxş edib. Şənlik rayon Uşaq Musiqi Məktəblərinin hazırladığı musiqi çələngi ilə davam etdirilib.

Xaləddin İsgəndərov- Milli qəhrəman Eltun İsgəndərovun atası: “Bu Novruz bayramı tək Samuxda yox, Azərbaycanın bəzi bölgələrində yox, bu gün işğaldan azad edilmiş torpaqlarımızda da keçirilir. Mən ona görə ölkə başçımıza - cənab prezidentimizə öz təşəkkürümü bildirirəm və şəhidlərə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram”.

Pərvin Abbaszadə