• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1848
— 18.03.2024 20:12

Novruz Bayramı münasibətilə el şənliyi keçirilib

KepezTV Player

Gəncədə Novruz Bayramı münasibətilə şəhərin baş meydanında ümumşəhər tədbiri təşkil edilib. Tədbirdə şəhər rəhbərliyi, Türkiyənin Gəncədəki Baş konsulu, eləcə də idarə, müəssisə və təşkilatların rəhbər və nümayəndələri iştirak ediblər. Şənliyə qatılanları elimizin qədim adəti ilə əllərində şərbət olan milli geyimli qızlar qarşılayıblar. Daha sonra müdrik el ağsaqqalı Dədə Qorqud və Bahar qızı qonaqları salamlayaraq, onlara xeyir-dua verib, xoş arzularını çatdırıblar. Nağaraçalanlar ansamblının, “Aşıq deyişmələri”nin, Gəncə pəhləvanlarının, həmçinin idmançıların nümunəvi çıxıları maraqla izlənilib. Həmçinin istedadlı gənclərinin hazırladığı təsviri incəsənət əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Novruzun əvəzolunmaz atributları olan Keçəl və Kosanın çıxışları marağa səbəb olub. Eyni zamanda qonaqlar bayramın adət-ənənəsinə uyğun olaraq yumurta döyüşdürüblər. Daha sonra Novruz tonqalı alovlandırılıb. Tədbir Novruz Bayramına həsr olunan musiqili proqramla davam edib.