• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 18.03.2024 19:45

Çanaqqala zəfərinin ildönümü qeyd olunub

KepezTV Player

Gəncədə Çanaqqala Zəfərinin və Şəhidlərinin Anım Gününün 109-cu, İstiqlal Marşının yaranmasının 103-cü ildönümlərinə həsr olunmuş tədbir keçirilib. Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyulub. Çanaqqala şəhidlərinin göstərdiyi qəhrəmanlıqlardan söz açılıb. Çanaqqala döyüşündə 3 minə yaxın azərbaycanlının da iştirak etdiyi vurğulanıb. Qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçənlərə rəhmət dilənib.

Tədbir Samux rayonunda şəhidlərin əziz xatirəsinə ağacəkmə aksiyası ilə davam edib. Rayondakı Şəhidlər xiyabanı ziyarət edildikdən sonra ictimaiyyət nümayəndələri və gənclərin iştrakı ilə 100-ə yaxın müxtəlif növ ağac əkilib. Yaşıllıqlara aqrotexniki qulluq göstərilib. 

Pərvin Abbaszadə