• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2419
— 18.03.2024 16:56

“Kəpəz”in son 3 ev oyununu harada keçirəcəyi bu həftə dəqiqləşəcək

“Kəpəz”in Azərbaycan Premyer Liqasında cari mövsümün son 3 ev oyununu harada keçirəcəyi bu həftə dəqiqləşəcək. Bu barədə Gəncə klubundan bildirilib. “Kəpəz” Premyer Liqanın XXVIII turunda “Qarabağ”la ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Gəncəlilər XXXI turda “Sabah”ı, XXXIII turda “Sumqayıt”ı, XXXV turda isə “Zirə”ni qəbul edəcək. Həmin matçların məkanı hələ bəlli deyil. Komanda bu mövsüm ev oyunlarını əsasən Tovuz və Qəbələdə keçirib.