• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1547
— 18.03.2024 16:49

Novruz şənliyi təşkil olunub

KepezTV Player

Azərbaycan Texnologiya Universitetində Novruz bayramı münasibətilə şənlik təşkil olunub. Universitetin həyətində Novruzun milliliyini özündə əks etdirən süfrələr açılıb, tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunub, adət-ənənələrini əks etdirən müsabiqələr və yarışlar keçirilib. Novruzun personajları olan “Kosa” və “Keçəl” tədbirə bayram əhval-ruhiyyəsi qatıb. "Xəmsə" nağara və rəqs ansambllarının, ali məktəbin tələbələrinin ifasında müsiqilər səsləndirilib, rəqslər ifa edilib. 

Aişə Rzayeva