• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1184
— 18.03.2024 16:45

Azad edilmiş ərazilərdə daha 38 mina, 202 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb. ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 31 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 202 Partlamamış Hərbi Sursat  aşkarlanıb. 1394,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.