• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2039
— 17.03.2024 19:14

Qobustanda qumbara və odlu silahlar aşkar edilib

Qobustanda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 3 ədəd qumbara, 1 ədəd tapança, 40 ədəd avtomat patronu, eləcə də 7 ədəd müxtəlif markalı ov tüfəngi aşkar olunub. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində 1 rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq təhvil verib.