Hacıqabulda polis Bakı sakini Natiq Baxşıyevi saxlayıb. Onun üzərinə baxış zamanı çəkisi bir kiloqram olan heroin, tiryək və marixuana aşkar edilib. Baxşıyev sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə kuryerlik etdiyini, ondan aşkarlanan narkotikləri pul müqabilində qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Digər əməliyyat tədbirləri zamanı Navahı kənd sakinləri Müşfiq Gözəlov və Məhəmməd Əliyev də saxlanılıblar. Hər iki şəxsdən satış məqsədilə əldə etdikləri heroin, metamfetamin və marixuana aşkarlanıb.
Ümumiyyətlə şöbə əməkdaşları tərəfindən son bir ay ərzində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən 21 nəfər saxlanılıb, onlardan 3 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülüb.
Bundan başqa, qanunsuz olaraq silah-sursat saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində keçirilən tədbirlər zamanı rayon sakini Şəmsəddin Qasımov da saxlanılıb. Sonuncudan 1 ədəd “F-1” əl qumbarası və 5 patron aşkarlanaraq götürülüb. Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
- Baxış: 153