• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1676
— 16.03.2024 13:22

Sosial şəbəkədə tanış olduğu şəxsdən narkotik alan Lənkəran sakini saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsi Liman Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rüstəmli Məhərrəm saxlanılıb. Onun avtomobilinə baxış zamanı 6 kiloqram marixuana aşkar edilib. Rüstəmlinin narkotiki "Tiktok" platformasında tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyi müəyyən edilib.

Polis son bir ayda rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 35 nəfəri saxlayıb. Faktlarla bağlı araşdırmalar aparılır.