• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2104
— 15.03.2024 20:01

AFFA Futbol Akademiyasına media-tur təşkil edib

KepezTV Player

AFFA tərəfindən jurnalistlər üçün "Kəpəz"in yeni istifadəyə verilən akademiyasına media-tur təşkil edilib. Media nümayəndələri akademiyanın binası ilə yanaşı stadionun ərazisində salınan əşq mərkəzi ilə tanış olublar. Jurnalistlərə görülən işlər, yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, akademiya və məşq mərkəzi FIFA, UEFA və AFFA-nın birgə dəstəyi sayəsində inşa olunub. Akademiyada 96 nəfərin qalması üçün şərait yaradılıb. 3 mərtəbədən ibarət binada klubun baş ofisi, inzibati mərkəz, restoran, futbolçuların və akademiya üzvlərinin istirahəti üçün otaqlar, sauna, fitnes zalı mövcuddur. Binanın hər bir mərtəbəsində Gəncə və Azərbaycan futbolunun görkəmli nümayəndələri ilə bağlı məlumat lövhələri yerləşdirilib. Akademiyanın restoranından eyni zamanda iki komandanın istifadə etməsi üçün şərait yaradılıb. İclas otağında isə 50-yə yaxın şəxsin iştirakı mümkündür. Akademiyada qalanlar üçün 6 nəfərlik standart otaqlar nəzərdə tutulub. Akademiya və məşq mərkəzi bir müddətdir ki, klub üzvlərinin istifadəsinə verilib.

Azad Mustafayev