• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2059
— 15.03.2024 16:50

UEFA Avropa Liqasında mübarizəni dayandıran "Qarabağ" Vətənə qayıdıb

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın "Bayer 04" klubuna 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Qarabağ" Vətənə qayıdıb. Azərbaycan çempionunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər, azarkeşlər və futbol ictimaiyyətinin nümayəndələri qarşılayıblar. Qurban Qurbanovun komandası martın 7-də Bakıda keçirilən ilk oyunda rəqibi ilə heç-heçə edib. Leverkuzendə baş tutan qarşılaşmada 3:2 hesabı ilə qalib gələn "Bayer" 1/4 finala vəsiqə qazanıb.