• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1144
— 14.03.2024 12:14

Yanacaqdoldurma məntəqəsində qəza olub

Abşeron rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində yol-nəqliyyat qəzası baş verib, dizel yanacağı ətrafa dağılıb. Məlumatla bağlı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində qoşqusunda tutumu 37 ton dizel yanacağı olan “MAN” markalı yanacaqdaşıyan avtomobil ilə “KAMAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və yanacaqdaşıyan yük avtomobilinin çəninin zədələnərək dizel yanacağının ətrafa dağıldığı, məntəqə üçün ciddi təhlükənin yarandığı müəyyən olunub. Yanğınsöndürənlər ərazidə mümkün yanğın-partlayış təhlükəsini aradan qaldırıblar.