• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1571
— 14.03.2024 11:49

Xankəndi ərazisində silah-sursat tapılıb

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi ərazisindən 25 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tapança və 1 tüfəng tapılıb. Həmçinin, 11 qumbara, 10 alışdırıcı, 38 patron darağı, 7575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.