• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 13.03.2024 15:47

Qubada polislər çətin vəziyyətdə qalan hindistanlı turistə kömək edib

Qubada dağlıq ərazidə çətin vəziyyətdə qalan əcnəbi vətəndaşa polis əməkdaşları kömək ediblər. Daxili İşlər Nazirliyinə müraciət edən turizm şirkətinin əməkdaşı Quba rayonuna istirahətə gələn Hindistan vətəndaşının çətinliklə üzləşməsi barədə məlumat verib.  Sahoo Ramakan adlı turist əlverişsiz hava şəraiti ilə əlaqədar Quba-Susay-Xınalıq yolunda, ucqar dağlıq ərazidə avtomobildə köməksiz vəziyyətdə qalıb. Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və Post Patrul Xidməti bölmələrinin əməkdaşları dərhal həmin əraziyə gedərək əcnəbi vətəndaşa kömək ediblər.