• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1290
— 13.03.2024 15:45

Kürdəxanı və Maştağa qəsəbələrindən, keçmiş məhkumun üzərindən silah-sursat götürülüb

Sabunçu Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi və 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı Kürdəxanı və Maştağa qəsəbələri ərazilərindən 2 ədəd “Kalaşnikov” markalı avtomat 40 ədəd patron və 2 ədəd patron darağı aşkar olunub.Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı isə əvvəllər məhkum olunmuş 1980-cü il təvəllüdlü Əşrəf Məmmədov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, 5 ədəd patron darağı və 135 ədəd patron aşkar olunaraq götürülüb.