• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 13.03.2024 14:34

Bahar bayramı şəhid və qazi ailələri ilə birgə

KepezTV Player

Naftalanda Novruz bayramı münasibətilə şəhid və qazi ailələri, turistlərin iştirakı ilə bayram tədbiri təşkil olunub. Torpaqlarımız azadlığına qovuşduqdan sonra Novruz tonqallarının Qarabağda alovlandırıldığının yaşatdığı qürurdan söz açılıb. Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bunu, qalibiyyətin təntənəsi, ulu əcdadlarımızın xatirəsinə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənələrə dərin ehtiramın əlaməti kimi xarakterizə edib. Şəhid ailələri, qazilər hər zaman qayğı ilə əhatə olunduqlarına görə öz minnətdarlıqlarını bildiriblər. Bu kimi tədbirlərin keçirilməsinin onlara göstərilən yüksək diqqətin nümunəsi olduğunu vurğulayıblar. Tədbir Novruz tonqalı ətrafında turistlərin iştirakı ilə böyük coşğu ilə davam edib. Kosa və Keçəlin uşaqlarla şən zarafatları şənliyə xüsusi rəng qatıb.