• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 13.03.2024 11:04

Əlahiddə Ümumqoşun Orduda toplantı keçirilib, zabitlərin bacarıqları yoxlanılıb

Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində toplantı keçirilib. Komandir hazırlığı toplantısına cəlb edilmiş zabit heyətinin fiziki və sıra hazırlığından praktiki bacarıqları yoxlanılıb, rəhbəredici sənədlər və topoqrafiyadan məqbullar qəbul edilib. Yekunda toplantının təhlili aparılaraq zabitlərə tabelikdə olan heyətin döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin daha da artırılması, keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi barədə tapşırıqlar verilib.