• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1184
— 13.03.2024 08:27

“Gəncə”nin “Neftçi” sınağı

Bu gün Azərbaycan Basketbol Liqasında fasilə başa çatacaq. 15-ci turun ilk oyununda “Neftçi” ilə “Gəncə” qarşılaşacaq. “Ağ qaralar” Sərhədçi İdman Mərkəzində baş tutacaq matçın favoriti hesab olunurlar. Fasilədən əvvəl çempion “Sabah”ı məğlub edən “Neftçi” liderdən cəmi 2 xal geri qalır. “Gəncə” isə autsayderlər qrupunda yer alıb. Komandanın hesabında cəmi 3 qələbə var. Tura martın 17-də yekun vurulacaq.