• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 739
— 12.03.2024 16:20

"Qarabağ"ın matçı ingiltərəli məşhur hakimə tapşırılıb

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununun təyinatları açıqlanıb. Qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi məşhur FIFA referisi Entoni Teylor olacaq. Teylor karyerası ərzində ilk dəfə Azərbaycan təmsilçisinin matçını idarə edəcək. 45 yaşlı ingiltərəli hakim 2013-cü ildən beynəlxalq qarşılaşmalarda iş başında olur. Teylor Azərbaycan millisinin 2013-cü ildə Portuqaliyaya 0:2 hesabı ilə uduzduğu Dünya Çempionatı 2014-ün seçmə mərhələ oyununda Bakıya gəlib. O, həmin vaxt dördüncü hakim funksiyasını yerinə yetirib.