• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1285
— 12.03.2024 15:52

İrandan Azərbaycana narkotik keçirməyə cəhd olunub, saxlanılan var

"Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin hərbçiləri İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxsi saxlayıblar. Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı 1983-cü il təvəllüdlü Ağaməhəmməd Tohid Mirməhəbbətəli olması müəyyən edilib və üzərindəki bağlamaya baxış keçirilərkən çəkisi 6 kiloqram 275 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Narkotikin 4 kq 995 qr metamfetamin və 1 kq 280 qr marixuana olduğu müəyyənləşib.