• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1666
— 12.03.2024 12:20

Çağırışçıya saxta hərbi bilet düzəldəcəyi vədi verərək pul alan şəxs tutulub

Əsgərov Xəlil Ənvər oğlunun qanunsuz hərəkətləri barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Xəlil Əsgərovun Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində işləyən vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanına malik olduğunu bildirməklə hərbi xidmət üzrə çağırışçının xidmətə yararsız olması barədə hərbi biletlə təmin edilməsi, eləcə də həmin şəxsin ölkə hüdudlarını tərk etməsinin məhdudlaşdırılmaması müqabilində tələb etdiyi pul vəsaitinin 5 min 700 manatını qanunsuz olaraq almasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Xəlil Əsgərov şübhəli şəxs qismində tutulub. Baş Prokurorluqdan verilən məlumata görə, hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.