• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1429
— 12.03.2024 12:14

Bakı-Qazax yolunda qəza olub, hərəkət məhdudlaşdırılıb

Bakı-Qazax yolunda qəza olub. Hadisə magistral yolun, Ucarın Qulabənd kəndi ərazisində baş verib. Hərəkətdə olan iki yük avtomobili toqquşub. Qəza zamanı ölən və yaralılar olmasa da avtomobildə olan yüklər yola dağılıb. Bu səbəbdən yolun hər iki zolağı bağlanıb və digər avtomobillərin hərəkətində çətinlik yaranıb.  Qəza nəticəsində yola dağılan əşyalar təmizləndikdən sonra nəqliyyatın hərəkəti bərpa olub.