• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1420
— 12.03.2024 12:13

Gəncədə üç maşın toqquşub, biri aşıb

KepezTV Player

Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Olay şəhərin Ozan və Xudatbəy Rəfibəyli küçələrinin kəsişməsində baş verib. Qəzada "Kia Sorento", "Toyota" və "Chevrolet Kruz" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində zərbənin gücündən "Toyota" aşıb və nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Xoşbəxtlikdən qəzada xəsarət alan olmayıb. Fakt araşdırılır.