• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1050
— 12.03.2024 12:07

"Kəpəz" Bakıda oynayacaq

"Kəpəz"in Premyer Liqada XXVIII turun görüşləri çərçivəsində "Qarabağ" ilə keçirəcəyi ev oyunu Bakıda baş tutacaq. Gəncə şəhər stadionunda əsaslı təmir və yenidənqurma işləri aparıldığından klubun müraciəti və “Qarabağ” tərəfinin razılığı əsasında matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun martın 29-u saat 19:00-a təyin olunub.