• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1344
— 12.03.2024 11:55

Qazaxıstan Prezidenti Füzuli rayonuna səfər edib

KepezTV Player

Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli rayonuna gəlib. Füzuli Beynəlxalq Hava Limanında Kasım-Jomart Tokayevi Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Qazaxıstan Prezidenti Füzuli şəhərinin Baş planı ilə tanış olub. Prezident İlham Əliyev və Kasım-Jomart Tokayev Füzulidə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Azərbaycan və Qazaxıstanın dövlət başçıları Füzulidə inşa ediləcək Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar.

İlham Əliyev və Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər. Prezidentlər Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib. Sonra dövlət başçıları Natəvan bulağında olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar. Daha sonra prezidentlər Saatlı məscidində, Bülbülün ev-muzeyində, Cıdır düzündə və XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət “Yasəmən” otelində olublar.

Azad Mustafayev