• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2328
— 12.03.2024 11:51

Prezident həmkarını Ermənistanla danışıqlar prosesi barədə məlumatlandırıb

KepezTV Player

Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüs Qazaxıstanın Azərbaycana qardaş köməyi, azad edilmiş ərazilərin bərpasına dəstəyidir. Bunu Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında deyib və təşəbbüsə görə həmkarına təşəkkürünü bildirib. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini də ətraflı müzakirə etdiklərini bildirən dövlətimizin başçısı sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdiyini diqqətə çatdırıb.