• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2208
— 11.03.2024 19:31

Sabunçu rayonunda silahlı şəxslər saxlanılıblar

Sabunçu Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Yədayi Tofiq üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan "Kalaşnikov-74" markalı avtomat, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar olunaraq götürülüb. Yədayi silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib. Bir müddət əvvəl Bağırov Rafiq və Vahabov Elxan da 2 ədəd "Makarov" tapançası, 2 ədəd patron darağı və 11 ədəd patronla saxlanılıblar.