• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 719
— 11.03.2024 15:19

Azərbaycan boksçusu beynəlxalq turnirin qızıl medalına layiq görülüb

Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb. Milli komandamız yarışı 2 medalla başa vurub. Boksçumuz Zidan Hümbətov finalda rusiyalı Arseniy Jiltsovu 3:2 hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb. Komandamızın heyətində Bilalhəbəşi Nəzərov isə finalda Tamta Briyeşlə  üz-üzə gəlib. Yığmamızın üzvü 2:3 hesabı ilə məğlub olduğundan gümüş medal qazanıb. Yarışda 22 ölkədən 245 boksçu mübarizə aparıb.