• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1936
— 11.03.2024 11:44

Rüşvət alan vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Abşeron Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişlinin külli miqdarda rüşvət alması faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb. İş üzrə toplanmış sübutlar əsasında Mirqasım Mirişli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.