• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1787
— 11.03.2024 08:59

37 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş əri saxlanılıb

Mingəçevirdə 37 yaşlı Aytən Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 45 yaşlı Ceyhun Mirzəyevin Naxçıvan küçəsi ərazisində yerləşən mənzildə mübahisə zamanı Aytən Məmmədovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, Mirzəyev saxlanılıb. O, mərhumun keçmiş həyat yoldaşıdır. Onların iki övladı var.