• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1402
— 08.03.2024 12:13

Xankəndidə orta məktəbdə silah-sursat aşkarlanıb

Xankəndidə silah-sursat aşkarlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhərdə yerləşən orta məktəblərin birindən və şəhər ərazisindən 766 ədəd narkotik tərkibli güclü təsiredici həblər, 20 ədəd avtomat silahı, 1 pulemyot, 3 tapança, 3 tüfəng tapılıb. Həmçinin, 10 qumbara, 9 ədəd alışdırıcı, 5 rabitə vasitəsi, 20 patron darağı, 6188 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.