• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2518
— 08.03.2024 12:04

"Qarabağ" Bundesliqa lideri ilə heç-heçə edib

KepezTV Player

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma ağdam klubunun üstünlüyü ilə başlayıb. Rəqibi müdafiə olunmağa məcbur edən meydan sahiblərinin təhlükəli hücumları özünü çox gözlətməyib. Belə həmlələrin birində Bundesliqa liderini səhv etməyə məcbur edən "Qarabağ" hesabı açıb. 26-cı dəqiqədə əks-hücumda Yassin Benzia hesabı açıb. Qoldan sonra da təşəübbüsü əldən verməyən Qurban Qurbanovun yetirmələri 45+2-ci dəqiqədə fərqi artırıblar.  Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib. İkinci hissədə Bayer oyunu xiasl etməyə çalışıb. Və əvəzləmələrlə Xabi Alonsonun komandası istəyinə çatıb. Leverkuzen təmsilçisinin heyətində əvvəlcə Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə isə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib - 2:2. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində keçiriləcək.