• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1187
— 07.03.2024 17:44

Bərdədə zəncirvari qəza baş verib, 2 nəfər xəsarət alıb

Yevlax-Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayon Qarağacı kəndindən keçən hissəsində qəza qeydə alınıb. "Mercedes Benz" markalı yük avtomobili ilə "BMW" və "Chevrolet" markalı minik avtomobilləri toqquşub. "BMW" markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Nəsibov Nəsib Allahverən oğlu və 2003-cü il təvəllüdlü Nəcəfov Fariz Nurəli oğlu xəsarət alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.